Adele sindromu nədir? - PSİXOLOQ İZAH ETDİ

26 Avqust 2022 14:28 (UTC+04:00)

"Adele sindromu psixi pozuntudur. Bu, həddindən artıq bir insana bağlılıq və sevgi istəyidir. Bağlılıq o dərəcədə olur ki, narkotik asılılıqla bərabər tutulur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Nərgiz Hüseynova deyib.

Onun sözlərinə görə, sindromun adı fransız yazıçısı Viktor Hüqonun qızı Adel Hüqo ilə bağlıdır: "Belə ki o, ingilis zabitinə vurularaq bu sevgidən əziyyət çəkib.

Çox vaxt bu, qarşılıqsız sevgidir. Bəs, səbəbləri nədən irəli gələ bilər? Valideyn diqqətsizliyi, valideyn sevgisizliyi, özünə inamsızlıq və irsi səbəblərdən ola bilər.

Simptomlar bunlardır: belə insanlar öz sevgi obyektlərini izləyir, onların hara getdiklərini daim bilmək istəyirlər, həyatda baş verən hadisələrə qarşı laqeyd olurlar, özünü dağıtma ilə məşğuldurlar (iştah pozuntusu, yuxusuzluq, intihar fikirləri və geyiminə baxmamaq).

Psixoloq sözlərinə belə davam edib: "Bu simptomların dərəcələri var. 1-ci dərəcə odur ki, insan ideal bir obraz formalaşdırır və ondan başqasını görməyərək digər insanlarda uzaqlaşır. İkinci isə takıntıdır. Bir insanı güdür və onu şantaj etməyə başlayır. 3-cü dərəcəsi isə psixikanın tam pozulması ilə nəticələnir".

Ayşən Vəli