İlin ən yaxşı futbolçuları seçildi

26 Avqust 2022 12:36 (UTC+04:00)

"Real Madrid"in futbolçusu Benzema ilin kişi oyunçusu, "Barselona"nın futbolçusu Putellas isə ilin qadın oyunçusu seçilib. SİA xəbər verir ki, İstanbulda keçirilən mərasimdə Avropa futbolunda 2021-2022-ci il mövsümünün ən yaxşı futbolçuları açıqlanıb.

Haliç Konqres Mərkəzində keçirilən UEFA Çempionlar Liqasının qrup püşkatma mərasimində kişi və qadın futbolunda son mövsümün ən yaxşı futbolçu və məşqçilərinə mükafatlar verilib.

"Real Madrid"in futbolçusu Benzema səsvermədə Kevin De Bruyne (Mançester Siti) və Tibo Kurtuanı (Real Madrid) üstələyərək UEFA tərəfindən ilin ən yaxşı futbolçusu mükafatını qazanıb.

"Barselona"nın futbolçusu Aleksia Putellas səsvermədə Bethany Mead (Arsenal) və Lena Oberdorf (Volfsburq) üzərində qalib gələrək UEFA ilin ən yaxşı qadın oyunçusu mükafatını qazanıb.

Ötən mövsüm kişi futbolunda Çempionlar Liqası kubokunu Real Madridə qazandıran Karlo Ançelotti ilin məşqçisi mükafatını alıb.