Zelenski ilə Bayden arasında telefon danışığı olub

25 Avqust 2022 23:39 (UTC+04:00)

ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Volodimir Zelenski ilə növbəti hərbi yardım tranşını müzakirə edib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə AĞ Evin rəsmi nümayəndəsi Karin Jan-Pyer bildirib.

Sözçü bildirib ki, dövlət başçıları 3 milyard dollarlıq yardım tranşını və Zaporojye AES-dəki vəziyyəti müzakirə ediblər.

***

23.32

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Baydenlə telefonla danışıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Zelenski Tvitterdə yazıb.

“Baydenə Ukrayna xalqına maddi və hərbi dəstəyə görə təşəkkür etdim. Ukraynanın qələbə üçün atmalı olduğu növbətti addımları müzakirə etdik” – deyə Zelenski bildirib.