Laçın, Zabux və Sus: daha bir önəmli informasiya! AYRINTILAR

25 Avqust 2022 12:13 (UTC+04:00)

Separatçılar və eləcə də Ermənistan KİV-ləri cəmi iki həftədən sonra erməni maşınlarının Laçın şəhərini və Zabux kəndinə daxil olmadan keçəcəyi faktını saxta iddiaları ilə gizlətməyə çalışırlar

Məlum olduğu kimi, bu gündən etibarən Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın tam nəzarətinə keçir. SİA xəbər verir ki, əldə edilmiş digər məlumata görə, yolun Ermənistan hissəsi istifadəyə verilənə qədər (gələn ilin mart ayına qədər) ermənilər Kornidzordan (Qərbi Zəngəzurda yaşayış massivi) sərhədə kimi müvəqqəti torpaq yolu ilə hərəkət edəcəklər. Daha dəqiq desək, ermənilər Laçın şəhərindən və Zabuxdan dayanmadan keçəcəklər.

İki həftə sonra torpaq yolun salınması başa çatacaq

Qeyd edək ki, Azərbaycana məxsus avtomobillər də Tərtərdən Kəlbəcərə doğru hərəkət edərkən, məhz RSK-nın müşayiəti ilə hazırda sülhməramlıların müvəqqəti nəzarətləri altında olan Ağdərədən eyni vasitə ilə keçiblər.

Xatırladaq ki, separatçı-terrorçu qurumun qondarma rəhbərliyi dezinformasiya yayaraq bildiriblər ki, ermənilər üçün hər iki istiqamətdə hərəkət guya daimi açıq olacaqmış və onlar rahatlıqla həmin yerlərdən keçəcəklərmiş və s.

Növbəti qələbəmiz mübarək!

Lakin separatçılar və eləcə də Ermənistan KİV-ləri cəmi iki həftədən sonra erməni maşınlarının Laçın şəhərini və Zabux kəndinə daxil olmadan keçəcəyi faktını saxta iddiaları ilə gizlətməyə çalışıblar. Belə ki, iki həftə sonra torpaq yolun salınması başa çatacaq. 2023-cü ilin yazından isə yeni yoldan tam şəkildə istifadə ediləcək. Beləliklə, Azərbaycanın şanlı Ordusu Laçın şəhərinə, Zabux və Sus kəndlərinə daxil olur. Növbəti qələbəmiz mübarək!

Rövşən RƏSULOV