Ukraynada qatar stansiyası raket hücumuna məruz qalıb...

25 Avqust 2022 08:41 (UTC+04:00)

Ukraynanın Dnepropetrovsk vilayətinin Çaplino qəsəbəsinin qatar stansiyasının raket atəşinə tutulması nəticəsində azı 22 nəfər həlak olub, 50 nəfərə yaxın insan xəsarət alıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə məlumat yayıb.

Prezidentin məlumatına görə, həlak olanlardan 5-i öz avtomobilində yanıb. Bir nəfər isə 11 yaşlı yeniyetmədir.

Dəmiryol stansiyasında axtarış-xilasetmə işləri davam etdirilir.