Bir xəstədə eyni anda üç virus aşkarlandı

24 Avqust 2022 22:15 (UTC+04:00)

İtaliyada eyni dövrdə bir adamda yeni növ koronavirus (Covid-19), meymunçiçəyi və (İnsan İmmunçatışmazlığı Virusu) HİV testləri pozitiv çıxıb.

İtalyan alimləri "Journal of Infection" tibb jurnalında dərc olunan təqdimatlarında 36 yaşlı italyan bir kişinin 16-20 iyun tarixlərində İspaniyaya getdiyini və iyunun 29-da simptomlar hiss etməyə başladığında 2 iyulda Covid-19 testindən keçdiyi və test nəticəsinin müsbət çıxdığını bildirilblər.

Xəstəxanaya yerləşdirilən və bədənində yaralar olan xəstənin hər üç virusu daşıdığı, iyulun 6-da meymunçiçəyi və HİV testlərinin müsbət olduğu müəyyən edilib.

SİA-nın əldə etdiyi məlumata görə, Kataniya və Palermo universitetlərinin alimləri bunun indiyə qədər yeganə “yoluxma” halı olduğunu vurğulayıblar.