Türk tarixinə işıq tutacaq yeni bir arxeoloji kəşf

24 Avqust 2022 22:07 (UTC+04:00)

Monqolustanın Ötükən bölgəsinin Xanqay silsiləsində türk tarixinə işıq tutacaq yeni bir arxeoloji kəşfə imza atılıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Beynəlxalq Türk Akademiyasının Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə elmi-arxeoloji ekspedisiyası Kültegin və Bilgə Xaqanın atası, türk xaqanlığının qurucusu Kutluq İltəriş Xaqanın yeni külliyyəsini aşkar edib.

Kompleksdə tapılan yeni daş kitabə üzərində türk və soğd dillərində mətnlər yer alıb.