ABŞ-ın Texas ştatında misli görülməyən quraqlıq böyük çaylardan birinin qurumasına səbəb olub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, çay yatağı quruduğu üçün 113 milyon illik dinozavr ləpirləri üzə çıxıb. Suyun altında qaldığı üçün islər çox yaxşı mühafizə olunub.
Ekspertlərin dediyinə görə, bu, dünyadakı ən uzun dinozavr ləpiri ola bilər. Bu izlərin Acrocanthosaurus növündən olan dinozavra aid edildiyi güman edilir. Bu canlıların uzunluğu 5 metr, kütləsi təqribən 7 ton olub.