Türk tarixinə işıq tutacaq yeni bir arxeoloji kəşf

23 Avqust 2022 19:49 (UTC+04:00)

Monqolustanın Ötükən bölgəsinin Xanqay silsiləsində türk tarixinə işıq tutacaq yeni bir arxeoloji kəşfə imza atılıb.

SİA-nın əldə etdiyi məlumata görə, Beynəlxalq Türk Akademiyasının Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə elmi-arxeoloji ekspedisiyası Kültegin və Bilgə Xaqanın atası, türk xaqanlığının qurucusu Kutluq İltəriş Xaqanın yeni külliyyəsini aşkar edib.

Kompleksdə tapılan yeni daş kitabə üzərində türk və soğd dillərində mətnlər yer alıb.