"Xocahəsən" elektrik deposunda tikinti işləri başa çatıb

23 Avqust 2022 13:45 (UTC+04:00)

"Bakı Metropoliteni" QSC-nin şərti adı "Xocahəsən" olan elektrik deposu və yerüstü metro stansiyasında tikinti işləri başa çatıb.

SİA xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda stansiya və depoda təchizat, quraşdırma və istehsalat işləri aparılır: "Stansiya və depoda bu işlər paralel aparılır, tamamlanma işləri görülür. Sərnişin stansiyası və elektrik deposu bu ilin sonuna qədər istifadəyə veriləcək".