“Bir uşaq Azərbaycan Respublikasında yaşayırsa və 6 yaşı varsa, həmçinin də Azərbaycan dilində danışa bilmirsə, artıq bu bizim deyil, valideynin problemidir”
SİA xəbər verir ki, bunu media üçün təşkil olunan brifinqdə jurnalistlərin sualına cavab olaraq Elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, məktəblərdə Azərbaycan bölməsində təhsilin keyfiyyəti daha yüksəkdir: "Tədris Azərbaycan dilində olan siniflərdə təhsil keyfiyyətsiz deyil. Bir çox ailələr heç evdə rus dilində danışmır. Amma uşaqlarını rus bölməsinə qoymaq istəyirlər. İstək çox və yer azdırsa, əlbbəttə biz kiməsə yox deməliyik”.
Ayşən Vəli