Antik dövrün ən böyük kitabxanalarından biri

23 Avqust 2022 00:30 (UTC+04:00)

Dünyaca məşhur antik Efes şəhərinin antik dövrün ən böyük kitabxanalarından birinə sahib olduğunu bilirsinizmi?
Tarixin mühüm fəlsəfə və mədəniyyət mərkəzlərindən biri olan Efes ilə eyniləşdirilən ən məşhur tarixi qalıq, nəhəng sütunları ilə heyranlıq doğuran “Celcus" kitabxanasıdır.

SİA-nın əldə etdiyi məlumata görə, təxminən on iki min əsərə ev sahibliyi edən bu kitabxana Roma dünyasının İsgəndəriyyə və Perqamdan sonra üçüncü ən böyük kitabxanası idi və eynilə indiki xalq kitabxanaları kimi xalqa xidmət göstərirdi.
Roma İmperiyasından qalan yeganə kitabxana nümunəsi olan "Celsus" kitabxanası memarlıq möcüzəsi hesab olunur. Zəngin bəzəkli cəbhəsi ilə diqqət çəkən binanın eni 21 metr, hündürlüyü isə 17 metrdir. Kitabxana yarandıqdan 130 il sonra baş verən zəlzələ nəticəsində ciddi ziyan görüb. Kitabxanadakı mühüm əsərlərin əksəriyyəti bu zəlzələdən sonra məhv olub. Kitabxananın xarici divarları 1970-1978-ci illər arasında arxeoloqlar tərəfindən bərpa olunana qədər əsər əsrlər boyu xarabal kimi qalmışdır.
Kitabxananın çöl hissəsində dörd qadın heykəli var: şərəf və ağlı təmsil edən Sofiya, fəzilət və cəsarəti təmsil edən Arete, elm və biliyi təmsil edən Episteme və düşüncəni təmsil edən Ennoia. Bu heykəllərin orijinalları bu gün Vyana Muzeyində nümayiş etdirilir.