SİA TRT-ə istinadən xəbər verir ki bu barədə “The Lancet” jurnalı məlumat yayıb. Məlumata görə hadisələr ilk dəfə Kerala əyalətinin Kollam şəhərində qeydə alınıb. Bildirilir ki, vilayətin Ançal, Aryankavu və Neduvathur bölgələrində 5 yaşdan kiçik, Odişa ştatında isə 1-9 yaşlı uşaqlar virüsa yoluxub.
Beləcə yoluxma hallarının sayı 82-yə çatıb. Mütəxəssislər virusun çox asanlıqla yayıldığı barədə xəbərdarlıq ediblər və xəstəliyin simptomlarının yüksək hərarət, qırmızı qabarcıqlar, ürəkbulanma və oynaq ağrısı olduğu bildirilir.
SİA-nın əlavəsi: ...Hələlik 5-12 yaş arası dəyişən xəstəliyin əlamətləri bədəndə qırmızı suluq səpkilər, bədəndə ağrı, mədə-bağırsağın pozulması, qızdırma, öskürək, qrip əlamətləri, ürəkbulanmadır.
Xəstəlik zamanı bədəndə ciddi susuzlaşma gedir, uşaqlar halsız olur.
İnfeksion xəstəliklər üzrə mütəxəssis Subxaş Çandranın sözlərinə görə xəstəlik ölümcül deyil, amma çox yoluxdurucu və sürətlidir.
Ölkənin tibb müəssisələri fövqəladə hazırlıq vəziyyətinə gətirilib.