Laçında iki hərbçimiz minaya düşüb

22 Avqust 2022 12:11 (UTC+04:00)

Laçında Azərbaycanın iki hərbçisi minaya düşüb.

Bu barədə SİA-ya Qubadlı Hərbi Prokurorluğundan məlumat verilib.

"Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır", - məlumatda bildirilib.