İranın pilotsuz təyyarələri ABŞ Hərbi Hava Qüvvələrinin Küveytdəki bazasına çoxsaylı zərbələr endirib.

SİA-nın əldə etdiyi məlumata görə, hücum azı dörd pilotsuz uçuş aparatından istifadə edilərək həyata keçirilib.

Dəymiş zərər haqqında məlumat peyk görüntüləri ilə təsdiqlənir.

Zərərçəkənlər barədə məlumat hələlik açıqlanmayıb, lakin hərbi obyektin infrastrukturuna ciddi ziyan dəyib.