Kanadada avtomobil izdihama çırpılıb

22 Avqust 2022 00:59 (UTC+04:00)

Kanadanın Vankuver şəhərində sürücü avtomobili toy gəzintisinə çıxan insanların üzərinə sürüb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə CTV kanalı məlumat yayıb.

Polisin məlumatına görə, sürücü hələlik məlum olmayan səbəbdən yoldan çıxaraq avtomobili kütlənin üzərinə sürüb. Hadisə nəticəsində 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Hadisə ilə bağlı ətraflı məlumat sabah veriləcək.