Latviyanın Müdafiə Nazirliyi qənaət rejiminə keçir

21 Avqust 2022 08:58 (UTC+04:00)

Latviyanın Müdafiə Nazirliyi müdafiə sektorunda pula qənaət etmək üçün genişmiqyaslı tədbirlər hazırlayır.

SİA-nın əldə etdiyi məlumata görə, müdafiə naziri Artis Pabriksin müdafiə sektorunda genişmiqyaslı qənaət tədbirləri ilə bağlı əmri hazırlanır.

Bu tədbirlər istilik, elektrik enerjisi, təmir işləri və s. sahələrə təsir edəcək.