ABŞ enerji böhranı ilə üzləşə bilər

21 Avqust 2022 06:49 (UTC+04:00)

ABŞ qaz hasilatı və saxlanmasında geriləmə səbəbindən 2022-ci ildə enerji böhranı ilə üzləşə bilər.

SİA Trend-ə istinadən xəbər verir ki, həftə ərzində daxili bazarda qaz hasilatının ümumi həcmi pik həddi olan 2,76 milyard kubmetrdən sutkada 28 milyon kubmetr azalıb.

Hazırda ABŞ-ın qaz ehtiyatları ənənəvi səviyyədən on faiz aşağıdır.

Mütəxəssislər bunu isti hava ilə əlaqələndirirlər.

ABŞ-da istilik mövsümünün başlanmasına cəmi iki ay yarım qalıb.