Fransada təyyarə qəzaya uğrayıb

21 Avqust 2022 06:19 (UTC+04:00)

Fransanın şimalında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

SİA Trend-ə istinadən xəbər verir ki, təyyarə şənbə günü səhər Mo-Esbli aerodromundan (Seine-et-Marna departamenti) havaya qalxıb və saat 12:48-də radar ekranlarından itib.

Sükan arxasında təcrübəli pilot var idi.

Onunla birlikdə təyyarədə bir sərnişin də olub.

Hadisə ilə əlaqədar olaraq aerodrom bazar ertəsinə qədər fəaliyyətini dayandırıb.

Polis hadisənin başvermə səbəblərini araşdırır.