ABŞ 150 min ton Ukrayna taxılını almağa hazırlaşır

21 Avqust 2022 06:03 (UTC+04:00)
Amerika Birləşmiş Ştatları yaxın bir neçə həftə ərzində Ukraynadan təxminən 150 min ton taxıl alacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bunu BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli deyib.

Onun sözlərinə görə, planlaşdırılan daşınma onların Ukraynadan təşkil etdikləri ilk gəminin Afrika Buynuzu bölgəsindəki insanlara çatdırdığı taxılın miqdarından altı dəfə çoxdur:

“Bu taxılın hara çatdırılacağı hələ müəyyən edilməyib, müzakirələr davam edir. Çox güman ki, o, Afrikaya göndəriləcək, çünki bu il quraqlığın təsiri ən ciddi ərzaq çatışmazlığına səbəb olub”.