“Harri Potter” franşizasının spin-offu hazırlanır

21 Avqust 2022 05:54 (UTC+04:00)

Britaniyalı yazıçı Coan Roulinq “Warner Brothers” ilə birlikdə “Harri Potter” franşizasının spin-offunu hazırlayır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, sehrbaz oğlan haqqında məşhur kitablar seriyasının müəllifi ilə kino şirkəti arasında sövdələşmə təxminən altı ay əvvəl bağlanıb.

Yazıçılar artıq Potterlə bağlı serial üzərində işləyirlər.

Layihə “HBO Max” axın xidmətində yayımlanacaq.