Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 11 YPG terrorçusunu (PKK terror təşkilatının Suriya qanadı) zərərsizləşdirib.
SİA Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Departamentin məlumatında deyilir ki, terrorçular “Fərat Qalxanı” antiterror əməliyyatı zonasına hücuma cəhd ediblər.
Qeyd edək ki, ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatı kimi tanıyıb.