Təhsil Nazirliyinin idarəsi 4 milyon manatlıq tenderə yekun vurub

20 Avqust 2022 17:13 (UTC+04:00)

Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təhsil müəssisələrə sanitar gigiyena xidmətlərinin (deratizasiya, dezinseksiya və dezinfeksiya) göstərilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalib “Ecomedi” MMC-dir.

Qalib şirkətə 3,633 milyon manat ödəniləcək.