"Qalatasaray"dan qələbə

20 Avqust 2022 00:51 (UTC+04:00)

"Qalatasaray" Türkiyə Superliqasında 3-cü tur oyununa çıxıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, İstanbul klubu "Ümraniyespor"un qonağı olub və 1:0 hesabı ilə qalib gəlib.

"Ümraniyespor" - "Qalatasaray" - 0:1
Qol:
Qomis, 86

Bu qələbə ilə xalını 6-ya yüksəldən "Qalatasaray" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Ümraniyespor" 1 xalla 14-cüdür. Turnir cədvəlinə 6 xalla (2 oyun) "Adanademirspor" başçılıq edir. "Trabzonspor" 6 xalla (2 oyun) 2-cidir.