Suriya və İraq ərazisində daha doqquz terrorçu zərərsizləşdirilib

20 Avqust 2022 00:38 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriya və İraqın şimalında doqquz terrorçu zərərsizləşdirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, terrorçulardan beşi Suriya ərazisində “Sülh çeşməsi”, dördü isə İraqın şimalında “Pəncə-Kilid” antiterror əməliyyatlarının aparıldığı bölgədə məhv edilib.

Zərərsizləşdirilən bu terrorçuların türk hərbçilərinə qarşı hücum planlaşdırdıqları müəyyən edilib.

Əməliyyatlar davam edir.