"İnter" PSJ-nin növbəti təklifini rədd etdi

19 Avqust 2022 23:04 (UTC+04:00)

"İnter" futbolçusu Milan Şkrinyar üçün PSJ-nin göndərdiyi növbəti təklifi rədd edib.

SİA Qol.az-a istinadən xəbər verir ki, Milan klubu 50 milyon avroluq təzminat + bonuslarla razılaşmayıb.

Bildirilib ki, “İnter” Şkrinyarı əsas oyunçusu hesab etdiyi üçün onu satmaq fikrində deyil. Bundan əlavə, klub yaxın vaxtlarda Slovakiya millisinin müdafiəçisi ilə yeni uzunmüddətli müqavilə bağlamağa hazırlaşır. Tərəflər arasında mövcud müqavilə 2023-cü ilin iyununda başa çatır.

Xatırladaq ki, Şkrinyar 2017-ci ildə "Sampdoriya"dan "İnter"ə keçib.