Təyyarənin hər iki pilotu yuxuya gedib və …

19 Avqust 2022 21:52 (UTC+04:00)

Efiopiya Hava Yollarına məxsus təyyarənin hər iki pilotu yuxuya gedib.

SİA-nın əldə etdiyi məlumata görə, Avtopilot söndürüldükdə yuxuya gedən iki pilot həyəcan siqnalı ilə oyanıb.

“The Aviation Herald” qəzetinin yazdığına görə, Xartum-Əddis-Əbəbə reysini həyata keçirən “Boeing 737-800”ün pilotları yuxuya gedib və nəticədə təyyarə təxminən 25 dəqiqə gec Əddis-Əbəbəyə enməli olub.

Hava dispetçerləri bir neçə dəfə pilotlarla əlaqə saxlamağa çalışsalar da, mümkün olmayıb.

Avtopilot söndürüldükdə pilotlar həyəcan siqnalı ilə oyanıblar.

Aviaşirkətdən məsələ ilə bağlı açıqlama verilməyib.