Rusiya və Fransa prezidentləri arasında telefon danışığı olub

19 Avqust 2022 19:01 (UTC+04:00)

Rusiya və Fransa prezidentləri arasında telefon danışığı olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinə telefonla zəng vurub. Tərəflər Ukraynadakı vəziyyət, o cümlədən “Zaporojye” AES-ə MAQATE missiyasının göndərilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Rusiya Prezidenti iyulun 22-də imzalanmış İstanbul razılaşmalarının reallaşdırılmasının gedişi barədə məlumat verib. O vurğulayıb ki, Rusiyanın ixrac malları üçün hələ də maneələr mövcuddur və bu, qlobal ərzaq təhlükəsizliyi probleminin həllinə kömək etmir.

Prezidentlər göstərilən məsələlərlə əlaqədar müzakirələri davam etdirmək barədə razılığa gəliblər.