Türkiyə Metsamor AES-in qəza təhlükəsinə qarşı təlimlər keçirib - FOTO

19 Avqust 2022 15:50 (UTC+04:00)

Türkiyə Ermənistanın Metsamor Atom Elektrik Stansiyasında (AES) baş verə biləcək qəza ssenarisinə qarşı təlimlər keçirib.

SİA-nın “Anadolu”ya istinadən xəbər verir ki, təlimlərdə Qars vilayətinin Fövqəladə Hallar İdarəsi və digər dövlət strukturları iştirak ediblər.

Təlimin məqsədi radioaktiv tullantıların sızması zamanı hərəkətlərin məşq edilməsidir.

Təlimlərin planına əsasən, Metsamor AES yaxınlığında 7 bal gücündə zəlzələ olub, nəticədə radioaktiv maddələrin sızması baş verib. Təbii fəlakət nəticəsində Türkiyə yaxınlıqdakı yaşayış məntəqələrinə də ziyan dəyib.

Qeyd edək ki, Metsamor AES Türkiyəyə 16 km məsafədə yerləşir. Azərbaycan və Türkiyə stansiyanın fəaliyyətinin beynəlxalq standartlara cavab verməməsi və və bağlanması məsələsini dəfələrlə qaldırıblar.

Xatırladaq ki, Metsamor AES-in istismar müddəti rusiyalı mütəxəssislərin köməyilə 2026-cı ilə qədər uzadılıb.