"Heç bir cinayət cəzasız qalmayacaq" - POLİTOLOQ AÇIQLADI

19 Avqust 2022 14:18 (UTC+04:00)

"Laçın şəhərinin, Zabux və Sus kəndininin avqustun 25-ə kimi boşaldılması gündəmdədir". Bunu SİA-ya açıqlamasında Politoloq Elşad Həsənov bildirib.

Politoloq Elşad Həsənov bildirib ki, Ermənistan mətbuatı artıq bəyan edib ki, həmin kəndlər boşaldılır və kəndlərin yandırılmaması haqqında ermənilərə guya xəbərdarlıq edilib: "Ancaq görünən odur ki, artıq ermənilər kənddən çıxan zaman meşələri və evləri yandırırlar. Bu erməni millətinin xəbis xüsusiyyətidir. Xəbislik artıq ermənlərin xarakteridir. Bu torpaqlar onların deyil, buna görə də yandırıb çıxırlar. Qarabağın ekologiyasına böyük ziyan vururlar. Birinci Qarabağ müharibəsi dövründə yurdlarını tərk edən əhalimizin heç biri öz evini yandırmadı. Bizim əhalimiz yurdlarını, evlərini qoyub gedəndə belə etmədi. Çünki biz bilirdik ki, gec və tez öz doğma torpaqlarımıza və evlərimizə qayıdacağıq. Bu gün ermənilərin evləri yandırmaq səbəbi odur ki, onlar heç vaxt bu torpaqlara bir daha qayıtmayacaqlar. Azərbaycan torpaqlarında müvəqqəti yaşadıqlarını bilirdilər. Kütləvi şəkildə məşələri yandırmaq və ekologiyaya zərər vurmaq BMT tərəfindən araşdırılmalıdır. Bizim adiyyatı orqanlar müəyyən sənədlər toplayıb, video və foto matrealları hazırlayıb, əraziyə dəymiş zərər hesablayıb BMT və digər beynəlxalq təşkilatlara təqdim etməlidirlər. Eyni zamanda Ermənistanın Azərbaycana vurduğu ekoloji və mədəni zərərlərlə bağlı matreallarda hazırlandı. Meşələrin yandırılması təkcə Laçına yox, bütövlükdə bütün dünya ekologiyasına vurulan böyük zərbədir. Biz bu hadisələrə Kəlbəcərdə də şahidi olduq. Etdikləri əməllər ermənilərin vandal zehinlərindən xəbər verir. Hazırki dövrdə ermənilər ona görə təlaşa düşüblər ki, onların havadarı olan Rusiya ermənilərə dəstəkdən əl çəkib. artıq bildiyiniz kimi İrəvanda "Sürməli" ticarət mərkəzində yanğın nəticəsində16 nəfər yanaraq öldü, 62 nəfər xəsarət aldı, iki nəfər də itkin düşdü. İrəvan mətbuatı olayları belə qiymətləndirir ki, Rusiyanın bu hadisədə əli var. Düşünürlər ki, Rusiya terror aktı terödib.Ermənistan ictimaiyyəti artıq Rusiya ilə soyuq mübarizəyə başlayıblar. Hətta məsələ səfirlik səviyyəsinə qədər yüksəldi ki, Rusiyanın Ermənistandakı səfirliyi Ermənistana nota verdi. Ermənistan Rusiyanı günahlandırır və münasibətlərə xələl gətirirlər. Ermənilər etdikləri bütün cinayətlərə cavabdeh olmalıdır. Heç bir cinayət cəzasız qalmayacaq. Düşünürəm ki, qalan ermənilərdə ərazilərimizdən çıxıb gedəcək, çünki onların bizlə yaşamaq kimi istəkləri yoxdur. Qarabağda törətdikləri yanğınlar bizə olan nifrətlərini göstərir".

Qönçə Quliyeva