"Qarşı tərəf “Qarabağ”la açıq oyun aparmağa qadir deyil" - FUTBOLÇU BİLDİRDİ

19 Avqust 2022 14:17 (UTC+04:00)

“Qarabağ”-“Viktoriya” oyununun heç-heçə hesabı ilə bitməsinin əsas səbəbi rəqibin oyunu müdafiədən qurması idi. “Viktoriya” komandası müdafiə olunmağı çox yaxşı bacarırdı və boşluqlar yaratmırdı”. Bu fikriləri SİA-ya açıqlamasında “Kəpəz” klubunun futbolçusu Tural Rzayev bildirib.

Gənc futbolçunun sözlərinə görə, rəqib komanda hər zonada “Qarabağ”-ın qolsilahlarına qarşı birə-bir cavab verirdi: “Belə olduğu halda qol vəziyyəti çox az olur. Hər zaman çalışmaq lazımdır ki, yaranmış vəziyyətdən maksimum istifadə olunsun. “Qarabağ” komandasının qol imkanları yaransa da, bundan istifadə edə bilmədi. Amma bu son deyil, bizi qarşıdan cavab oyunu gözləyir. Fikrimcə, cavab oyununda mərhələni keçən tərəf məhz “Qarabağ” komandası olacaq. Böyük ehtimalla rəqib ev sahibliyi zaman oyunu fərqli və bir o qədər də açıq oynamağa çalışacaq. Amma qarşı tərəf “Qarabağ” komandası ilə açıq oyun aparmağa qadir deyil. Ümid edirəm ki, rəqib cavab oyununda müəyyən boşluqlar yaradacaq, “Qarabağ” isə bundan maksimum istifadə edəcək. Mən “Qarabağ” komandasına uğurlar arzulayıram. Hər birimizin ürəyi “Qarabağ”-la döyünür. Arzu edirəm ki, komandamız Çempionlar Liqasına daxil olaraq bizə o anın həyəcanını yaşadar”.