Polkovnik-leytenant qəfil vəfat edib

19 Avqust 2022 13:46 (UTC+04:00)

Azərbaycan Ordusunun polkovnik-leytenantı dünyasını dəyişib. SİA xəbər verir ki, Quru Qoşunlarının zabiti, Vətən Müharibəsi iştirakçısı, 1983-cü il təvəllüdlü Zülfüqarov Seymur Ənvər oğlu ötən gün qəfil dünyasını dəyişib.

Onun məzuniyyətdə olarkən İsmayıllı rayonunda istirahət vaxtı ürəktutmadan vəfat etdiyi bildirilir.

Allah rəhmət eləsin!