YAP Kəlbəcər rayon təşkilatı Polkovnik Vüqar İsbəndiyarovu ziyarət edib FOTOLAR

19 Avqust 2022 12:18 (UTC+04:00)

19 avqust 2022-ci il tarixdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və əməkdaşları Gəncə şəhərində bu ilin iyul ayının 26-da Kəlbəcər rayonun ərazisində minaya düşərək ağır xəsarətlər almış Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandiri, polkovnik Vüqar İsbəndiyarov ziyarət etmiş səhhəti ilə maraqlanmış və şəfa diləmişlər Həbib Misirov bildirib ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, bir daha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev hər zaman cəmiyyətdə bütün kateqoriyadan olan təbəqələrə, o cümlədən hərbi qulluqçulara diqqət və qayğısını əsirgəməyib, bu gün də əsirgəmir. Vüqar İsbəndiyarov göstərilən diqqətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə edib.
Məlumat üçün bildiririk ki, hərbi hissə komandiri, polkovnik Vüqar Tofiq oğlu İsbəndiyarov Bakı Ali Komandanlıq Məktəbini bitirib, hərbi xidmətə Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissədə zabit kimi başlayıb. Müxtəlif vaxtlarda fərqli bölgələrdə 3 briqadaya komandirlik etmişdir. Vətən müharibəsindən təxminən 1 il əvvəl Ali Hərbi Məktəbə müəllim təyin olunan Vüqar İsbəndiyarov 27 sentyabr 2020-ci il tarixdə başlayan və Azərbaycanın şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsində ön cəbhəyə çağırılıb və briqada komandiri təyin olunub.
Cəbrayıldan Laçına qədər döyüş yolu keçən polkovnik Vüqar İsbəndiyarov qələbədən sonra briqada komandiri kimi xidmətini Kəlbəcərdə davam etdirmişdir.
Bu ilin iyul ayının 26-da Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində xidməti vəzifəsini icra edərkən mənfur düşmənlər tərəfindən basdırılmış minaya düşərək ağır dərəcəli xəsarətlər almış və Mərkəzi Klinikanın Gəncə Şəhər Xəstəxanasına yerləşdirilmişdir.
Hazırda müalicəsini davam etdirən polkovnik Vuqar İsbəndiyarova Uca Allahdan tezliklə sağalmasını arzulayırıq.

Elçin Salahov YAP Kəlbəcər rayon təşkilatının əməkdaşı