Başına gələnləri etiraf etdi

19 Avqust 2022 12:08 (UTC+04:00)

Türkiyənin Cihangir adlanan ərazisində mətbuat mənsubları ilə söhbət edən türk rəqqasə Didem Kınalı səhnədə yaşadığı çətinliklərdən danışarkən məruz qaldığı təzyiqlərdən danışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kınalı səhnəyə gec çatanda müştərilərin ona ləbləbi atdığını və “Pul taxarkən sinəmə toxunmağa çalışdılar. Mən hətta səhnə arxasına gələn dəbdəbəli hədiyyələrdən və şam yeməyi dəvətlərindən danışmıram” etirafını edib.

Jurnalistlərlə söhbət edən Kınalı səhnədə yaşadığı çətinliklərdən, geyim seçimlərindən, repçi Murdaya küsməsindən danışıb.

"Moda çılpaqlıqdırsa, mən onu izləmək istəmirəm".

Didem Kınalı Gülşənin son vaxtlar geyindiyi iddialı səhnə geyimlərindən də söz açaraq, onu çox bəyəndiyini və hərəkətlərini düzgün hesab etdiyini bildirib. Kınalı, "Qadağalar çarə deyil. Moda dediyimiz şey dəyişkəndir. Dəb çılpaqlıqdırsa, ona əməl etmək istəmirəm. Bədənimə uyğun olanı geyinirəm" dedi.

Ayşən Vəli