Ukraynaya dəstək TÜRKİYƏ

19 Avqust 2022 11:15 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşlə görüşüb. SİA xəbər verir ki, Lvovdakı mətbuata qapalı keçirilən üçtərəfli sammit 40 dəqiqə davam edib. Ərdoğan görüşdən sonra mətbuata bildirib ki, yeni Çernobıl yaşamaq istəmirik.

Ərdoğanın Ukraynaya səfəri zamanı Türkiyə ilə Ukrayna arasında müharibə nəticəsində dağılmış infrastrukturun bərpası üçün müqavilə imzalanıb.

Razılaşmaya görə, iki ölkə arasında Ukraynanın yenidən qurulması üçün İşçi Qrup yaradılacaq.

İşçi qrup Ukraynada yollar, körpülər, su və elektrik infrastrukturu, xəstəxanalar və məktəblər kimi sosial və iqtisadi əhəmiyyətli obyektlərin yenidən qurulmasına yardım edəcək.

Qönçə Quliyeva