İstifadəyə yararsız süd məhsulları məhv edilib

19 Avqust 2022 10:15 (UTC+04:00)

İstifadəyə yararsız süd məhsulları məhv edilib. Bu barədə SİA-ya Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, “AZ FP CO LTD” MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 67 adda, 13919.46 kq müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.