Moldova ilə ticarət dövriyyəmiz 13 milyon dolları ötüb

19 Avqust 2022 05:54 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Moldova arasında ticarət dövriyyəsinin həcmi 13 milyon dolları ötüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yeddi ayda Azərbaycandan Moldovaya 10,9 milyon dollar həcmində məhsul ixrac olunub. Moldovadan ölkəmizə isə 2,2 milyon dollar dəyərində məhsul idxal edilib.