“Formula 1” üzrə dünya çempionatının rəhbərliyi söz verdilər...daha Rusiyada yarış keçirməyəcəklər.
Bu barədə "Sky Sport" telekanalının məlumatına görə, cümə günü Formula 1-in icraçı direktoru Stefano Domenikali bildirib. “Mən həmişə deyirəm ki, heç vaxt heç vaxt demə. Amma bu halda söz verə bilərəm: biz daha Rusiya Qran Prisinin rəhbərliyi ilə danışıqlar aparmayacağıq. Artıq bu ölkədə yarış olmayacaq”, - Domenikali bildirib.
Beləliklə, Ukraynadakı vəziyyətlə əlaqədar “Formula 1” rəhbərliyi Rusiya Qran Prisi ilə bağlı müqaviləyə xitam verib. Qeyd edək ki, 2014-cü ildən etibarən Soçidə keçirilən “Formula 1”-i 2023-cü ildən Leninqrad vilayətindəki İqora Drive dairəsi tərəfindən keçirilməli idi. Bəli, artıq belə görünür ki, daha keçirilməyəcək.
Xatırladaq ki,Rusiya Qran Prisi üçün müqavilə 2025-ci ilə qədər hesablanıb.
Ağasəf Babayev