Terror tәşkilatı YPG/PKK Mare bölgәsinә hücum edib

18 Avqust 2022 22:45 (UTC+04:00)

Suriyanın Tel Rıfat rayonundakı mövcudluğunu davam etdirәn separatçı terror təşkilatı YPG/PKK-nın müxaliflərin nəzarətində olan Mare rayonuna tәşkil etdiyi hücum nәticәsindә bir mülki vәtәndaş hәyatını itirib.

YPG/PKK terrorçuları Türkiyə ilə Rusiya arasında 2019-cu ilin 22 oktyabr tarixində imzalanan razılaşmaya əsasən Tel Rıfat rayonundan çıxmalı idilәr. Terror tәşkilatı bölgәdәki mövcudluğunu davam etdirәrәk әtrafdakı yaşayış mәntәqәlәrәrinә hücum edir.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, terrorçular Tel Rifatdan Mare rayonuna üç raket mәrmisi atıblar. Terror aktı nəticəsində bir mülki vәtәndaş həlak olub.

YPG/PKK terrorçuları 2016-cı ilin fevralında Rusiyanın havadan verdiyi dәstәk sayәsindә Tel Rıfat və ətrafındakı bәzi yaşayış mәntәqәlәrini nәzarәtinә keçirib. Terror tәşkilatının törәtdiyi hücumlar nәticәsindә bölgәdәki 250 min adam evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb.