Antalyaya gələn turist sayında artım olub

18 Avqust 2022 22:36 (UTC+04:00)

Türkiyenin ən çox 5 ulduzlu otelinin olduğu Antalyaya ilin ilk 7,5 ayında xaricdən gələn turistlərin sayı 8 milyonu keçib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Dənizi, çimərlikləri, təbiəti, tarixi və mədəni dəyərləri ilə ilin 12 ayında turistləri qəbul edən Antalyada turizm fəaliyyəti koronavirus (Covid-19) epidemiyası öncəsi olan vəziyyətə qayıtmağa başlayıb.

Ötən il təxminən 9 milyon turisti qəbul edən şəhərə bu il yanvarın 1-dən avqustun 17-dək xaricdən gələn turistlərin sayı 8 milyon 15 min 366 olub.

Turistlərin gəldiyi ölkələrə nəzər salsaq, vari il Rusiyanın tutduğu birinci yeri Almaniya tutub. Almaniyadan keçən ilin eyni dövrü ilə müqayisədə 250 faiz artımla 1 milyon 364 min turist gəlib.

Hər il birinci yerdə olan Rusiya bu il ikinci yeri tutub. Keçən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artımla Rusiyadan bu il 1 milyon 276 min turist tətil üçün Antalyaya üstünlük verib.

Rusiyanı 617 min 440 turistlə İngiltərə, 392 min 135 turistlə Polşa və 236 min 115 turistlə Hollandiya izləyib.