"Covid-19" və meymunçiçəyi viruslarına yoluxanların sayında artım olub

18 Avqust 2022 21:23 (UTC+04:00)

Yoluxma sürəti artan meymunçiçəyi epidemiyasında dünya üzrə həftəlik yoluxmaların sayı 20 faiz artıb.

SİA-nın əldə etdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus təşkilatın Cenevrədəki baş qərargahında keçirdiyi mətbuat konfransında meymunçiçəyi epidemiyası ilə bağlı son hadisələri dəyərləndirib.

İlin əvvəlindən 93 ölkədə meymunçiçəyi xəstəliyinə rast gəlindiyini qeyd edən Qebreyesus 16 avqust tarixinə qədər onlan müddətdə virusa görə 12 nəfərin öldüyünü, yoluxma sayının isə 36 min 412 olaraq qeyd edildiyini bildirib.

Ən çox yoluxma hadisəsinin həftəlik olaraq son həftədə müşahidə edildiyinə diqqət çəkən Qebreyesus son 7 gündə təxminən 7 min 500 yeni hadisənin müəyyən edildiyini və həftəlik yoluxma sayının 20 faiz artdığını vurğulayıb.

Baş direktor bildirib ki, meymunçiçəyi xəstəliyinə qarşı hazırkı çiçək virusu əleyhinə vaksinləri təsirli ola bilər, lakin peyvənd ehtiyatları və effektivlik dərəcələri haqqında məlumatlar çox məhduddur.

Digər tərəfdən, yeni növ koronavirus (Covid-19) epidemiyasının narahatlıq doğurmağa davam etdiyini bildirən Qebreyesus son bir həftədə dünyada "Covid-19" epidemiyasından təxminən 15 min ölümün qeydə alındığını, ölümlərin əvvəlki həftə ilə müqayisədə 35 faiz artdığını qeyd edib.

Bu arada, Ümumdünya Səhiyyə Təşkilatı sahibindən virusa yoluxmuş itin meymunçiçəyi xəstəliyinə yoluxduğunu bildirib.

Fransada görülən bu ilk hadisə "The Lancet" jurnalında qeyd olunub.