“Ermənilərin bütün ümidləri Prezidentin çıxışı ilə alt-üst oldu” - POLİTOLOQ ŞƏRH ETDİ

18 Avqust 2022 18:00 (UTC+04:00)

“Əslində Ermənistanda köç bir müddətdir başlayıb. Amma bu köçün sürətlənməsinin bir neçə səbəbi var. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı qələbə Cənubi Qafqazda yeni siyasi reallıq yaratdı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, artıq bu reallıq nə Ermənistanı, nə onu dəstəkləyən qüvvələri qane etmir: “Çünki bu günə qədər Ermənistanda olan müəyyən qüvvələr revanşist statusuna keçiblər. Amma onların əsas məqsədi dünyada yaşayan ermənilərdən ianə toplamaq və bunun hesabına yaşamaq idi. Əsasən bundan Ermənistan kilsəsi və siyasiləri yararlanırdı.

Son zamanlarda Ermənistanda köçün sürətlənməsinin əsas səbəbləri Azərbaycanın Qarabağda Böyük Qayıdış layihəsini həyata keçirməsi, Şuşada çox ciddi işlərin aparılması, Füzuli beynəlxalq hava limanının tikilməsi, Zəngilanda ilk qayıdışın baş tutmasıdır. Bundan əlavə olaraq bildiyimiz kimi Prezident İlham Əliyevin İsmayıllı rayonunun Basqal kəndində verdiyi müsahibə bu köçü daha da tətiklədi. Prezidentin müsahibəsi artıq Ermənistanın bütün mediasının əsas aparıcı müzakirə məsələsinə çevrilib. Onların bütün ümidləri Prezidentin çıxışı ilə alt-üst oldu. Ermənilər yüksək səviyyədə yalan danışmaqla müəyyən qüvvələri öz nəzarətində saxlaya bilirdilər. Dövlət başçısının çıxışından sonra Ermənistanda nə iqtidarın hər hansı bir arqumenti qaldı, nə də müxalifətin tələb etməyə bir məsələsi qaldı. Ona görə də Ermənistanda baş verəb daxili çarpışmalar Ermənistanın tezliklə boşalacağına qənaət edir.

Prezident səfər zamanı Azərbaycanın Naxçıvana birləşdirilmiş, Zəngəzurla birgə hazırlanmış birgə maketi tutması ümumiyyətlə İrəvanı lərzəyə salıb”.

Arzu Qurbanlı