"Azərbaycan Ermənistanın qarşısına əsas tələblərini qoyacaq" - DEPUTAT AÇIQLADI

18 Avqust 2022 15:45 (UTC+04:00)

"İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il ötməsinə baxmayaraq, Ermənistan Azərbaycana qarşı terror siyasətinin bu gün də davam etdirir". Bu sözləri SİA-ya açıqlamsında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, ermənilərin Laçın və Xocalı meşələrini yandırması bir daha Ermənistanın bəşəriyyət əleyhinə cinayətlərdə dövlət səviyyəsində iştirakını sübut edir: "Artıq iki ildir ki, Azərbaycanda beynəlxalq səviyyədə işlər açılıb. Proses davam edir. Faktlar, video-materiallar yığılır. Təbii ki, Azərbaycan Ermənistanın qarşısına təməl tələblərini qoyacaq. Prosesin nə qədər davam edəcəyini təhmin etmək olmur. Amma düşünürəm ki, qısa müddət erməni banditləri cavablarını almalıdırlar".

Arzu Qurbanlı