“Bu tənbəllərin sindromudur” - PSİXOLOQ AÇIQLADI

18 Avqust 2022 14:23 (UTC+04:00)

“İnsanların bu günün işini sabaha saxlaması əslində bir vərdişdir. Bu tənbəllərin sindromudur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, tənbəl insanlar özlərini motivasiya edə bilmir və heç bir məqsədi, hədəfi yoxdur: “Belə insanlarda bugünün işini sabaha saxlamaq vərdişi yaranır. Həmçinin insanlarda belə bir xarakter də formalaşır ki, arxayınlıq yaranır. “Bu gün etməsəm sabah edərəm”, “Sonra edərəm, heç nə olmaz” kimi ifadələr çox vaxt ailədaxili genetik faktor da daşıya bilir. Çünki ailədaxilində uşaq nəyi görürsə, onu da götürür”.

Psixoloq sözlərinə belə davam edib: “Bəzən görürük ki, ailədə çalışqanlar yetişir, amma uşaq fərqli olur. Burada birinci faktor genetika, ikinci faktor uşağın öz xarakteri, üçüncü hal isə insanların adət hal aldıqları vəziyyətdir. Hansı ki, onlar qərarsız olurlar və nə istədiklərini bilmirlər. Məsuliyyətli insanlar isə işlərini planlı şəkildə qururlar”.

Ayşən Vəli