Qazaxıstan Prezidenti Azərbaycana səfərə gəlir

18 Avqust 2022 13:40 (UTC+04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək. SİA xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin strateji tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunacaq. Eyni zamanda iki ölkə arasında bir neçə sənədin imzalanması da gözlənilir.

Qeyd edək ki, səfər avqustun 24-də baş tutacaq.