Aqroparkların önəmi nədir? - ARAŞDIRMA

18 Avqust 2022 11:28 (UTC+04:00)

Dünyada ölkələrin əsas inkişaf göstəricisi iqtisadiyyatın sənayeləşməsi ilə ölçülür. Sənayesi inkişaf edən ölkələr bu imkandan istifadə edərək bol və keyfiyyətli məhsul istehsalına nail olurlar. Məsələn, ərazisi və təbii sərvətləri az olan Yaponiya, Almaniya, Böyük Britaniya Rusiyadan bir neçə dəfə artıq məhsul istehsal edirlər. Bunun da başlıca səbəbi sənayenin inkişafı, elmin və texnologiyaların son nailiyyətlərindən istehsal proseslərində istifadə edilməsidir.

Hazırda hökumət qeyri-neft sektorunun inkişaf bazalarından biri kimi aqrar-sənaye sektoruna daha böyük üstünlük verir. Ölkənin inkişafının əsas sütunlarından biri aqrar sektor hesab olunur. İnnovativ iqtisadiyyatda aqrar sektorun modernləşdirilməsi başlıca prinsiplərdəndir və bu sahədə aqrar texnoparkların (aqropark) yaradılması əsas hədəflərdən hesab olunur.

Dövlət başçısı kənd təsərrüfatında aqroparkların yaradılmasının zəruriliyini vurğulayaraq demişdir: "Hesab edirəm ki, aqroparkların yaradılması üçün şərait artıq yetişib. Bu məsələlərlə bağlı başqa ölkələrin təcrübəsi də öyrənilə bilər, harada ki bu aqroparklar mövcuddur. Hesab edirəm ki, bu da müasir bir yanaşma və kənd təsərrüfatının inkişafı üçün növbəti bir təkan olacaqdır. Aqroparklarda istehsalçıların, təchizatçıların və tədarükçülərin eyni bir ərazidə fəaliyyət göstərməsi sayəsində müvafiq biznes subyektlərinin həm resurslar, həm də məhsullar bazarına çıxışı asanlaşır, effektiv biznes strategiyası və innovativ texnologiyalar hesabına müasir tələblərə uyğun rəqabətqabiliyyətli ərzaq istehsalı sistemi formalaşır.

Hər kəsə bəllidir ki, kənd təsərrüfatı məhsulları tez xarab olduqlarına görə, realizasiya prosesi sürətli olmalıdır. Əksər hallarda məhsulların fermerlər tərəfindən vaxtında satılması mümkün olmur və bunun nəticəsində yararsız vəziyyətə düşərək zərər gətirir. Bu həm maddi itkiyə səbəb olmasına, həm də bazarda məhsul qıtlığına gətirib çıxarır. Nəticədə daxili istehsal hesabına tələbat ödənilmir, idxal məhsullarına üstünlük verilir. İdxal edilən məhsulların çoxu isə geni dəyişdirilmiş olur.

Millət Vəkili Azər Badamov SİA-ya açıqlamasında bildirib ki, milli iqtisadiyatımızın dayanıqlı inkişafının təmin olunması dövlətimizin qarşısında dayanan əsas məqsədlərdəndir: "Bu məqsədlə Prezident İlham Əliyev 2 fevral 2021-ci il sərəncamı ilə Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər təsdiq etmişdir. Milli Prioritetlərin əsas məqəsədi dayanıqlı milli iqtisadiyyatın və yüksək rifahın təmin edilməsidir. Azərbaycan qısa zaman kəsiyində böyük inkişaf yolu keçmişdir. Ölkədə makroiqtisadi sabitlik təmin olunmuş, həyata keçirdiyi beynəlxalq nəqliyyat layihələri ilə dünyanın ayrılmaz bir hissəsinə çevrilmişdir. Bu gün ölkəmizin qeyri-neft sektorunun iqtisadiyyatda payı günü-gündən artmaqdadır. İqtisadiyyatın dayanıqlı inkişafında əsas rol da özəl sektorun üzərində formalaşmalıdır. Milli iqtisadiyyatın dayanıqlı inkişafını özündə əks etdirə Milli Prioritetlər əsasən 5 istiqaməti özündə əks etdirir".

1.Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat,
2.Dinamik, inkluziv və sosial ədalətə əsaslanan cəmiyyət
3.Rəqabətli insan kapitalı və müasir innovasiyala
4.İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış
5.Təmiz ətraf mühüt və yaşıl artım ölkəsi

Dayanıqlı iqtisadi artıma nail olunması üçün davamlı və yüksək iqtisadi artıma nail olmalı, daxili və xarici təsirlərə dayanıqlılıq təmin olunmalıdır. Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan, xarici mühütdən təsirlənə bilir. Bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığı gücləndirilməli, makroiqtisadi sabitlik daha da möhkəmləndirilməlidir.

Bu gün qlobal iqtisadiyyatın ən çox təsirə məruz qaldığı sahələrdən biri də qlobal ərzaq bazarıdır. Cənab Prezidentin tapşırığı və rəhbərliyi altında bu qlobal çağırışa Azərbaycan bir neçə il əvvəl hazırlaşmağa başlamışdır. Bu, əsasən ölkədə aqrar sektorun inkişafına dövlət dəstəyinin artırılması, iri fermer təsərrüfatları və aqroparklar yaratmaqla rəqbaətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsal edilməsi ilə bağlı olmuşdur. Ölkəmizdə 32 rayonda 240 min hektar ərazidə ümumi lahiyə dəyəri 2.3 milyard manat olan 51 aqropark və iri fermer təsəsrrüfatının formalaşfırlması hədəflənmişdir . Bu aqroparkların və iri fermer təsərrüfatların 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə emal sənayesi üzrə olacaqdır. Artıq 44 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır. Aqroparklarda 4000 daimi, 5000 mövsümü iş yerləri yaradılmış, gələcəkdə isə daha 5 min iş yerinin yaradılması nəzərdə tutulur. Bu gün qliobal ərzaq böhranı ölkələri narahat etdiyi bir dövürdə Azərbaycan yaratdığı aqroparkalar və iri fermer təsəsrrüfatları hesabına ətlə 90%, quş əti ilə 80%, süd və süd məhsulları ilə 85% özünü təmin etməyə keçə bilmişdir. Hədəf isə ərzaqla təminatımızı 100% idxaldan azad etmək və kənd təsərrüfatı məhsulların ixracını artırmaqdan ibarətdir.

Son dönəmlərdə Ağsuda yaradılan Aqroparkdan danışmağınızı istəyərdik, daha çox hansı sahələrdə sürətli canlanmaya yol açacaq?

Prezident İlham Əliyev 12 avgustda Ağsu rayona səfəri çərçivəsində Ağsu Aqroparkın fəaliyyəti ilə tanış olmuş, tapşırıq və tövsüyyələrini vermişdir. Ağsu Aqroparkı 1843 hektar ərzidə 18 milyon manat investisya qoyulmaqla yaradılmış, bitkiçilik və heyvandırlıq üzrə ixtisaslaşmışdır. Bu aqorpakda 200 nəfər daimi işlə təmin olunmuş, 2200 iribuynuzlu ətlik və südlük qaramal bəslənməklə il ərzində 4 milyon litr süd istehsal olunur. Aqroparkda 800 hektar ərazidə pivot suvarma sistemləri tətbiq etməklə innovativ üsullarla əkin işləri aparılır. Ümumiyyətlə, Aqroparklar və İri fermer təsərrüfatları ölkəmizin ərzaq təhlükəsizliyin təminatında həlledici rol oynayır. Məhz vaxtında bu istiqamətdə atdığımız addımları sayəsində bu gün biz ərzaq təhlükəsiziliyimizi qismən təmin edə bilmişik. Gələcəkdə isə nəzərdə tutulmuş dövlət proqramlarının vaxtında icrası sayəsində ölkəmizin ərzaq təhlükəsizliyi tam şəkildə təmin olunacadır. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan sosial-iqtisadi siyasət Azərbaycanı daha güclü iqtisadiyyatı olan ölkəyə çevirəcək və insanların yüksək sosial ruifahı təmin olunacaqdır.

İqtisadçı Toğrul Vəliyev isə qeyd edir ki, 90-cı illərdə keçirilən torpaq islahatlardan sonra bizdə kənd təsərüffatda ciddi problemlər yaranmağa başladı. Kənd təsərrüfatının inkişafını gözləmək çətindir, çünki bir müddət keçməlidir ki, bu torpaqdan nəsə qazanasan. Məhsuldar və effektiv kənd təsərrüfatı aparmaq üçün texnika avadanlıqları və texnologiya lazımdır. Bunun xərci çox yüksəkdir.

Kiçik təsərrüfat sahibi belə bir xərcləri qarşılaya bilməz. Dövlət dəstəyi də kifayət qədər səviyyədə deyildir. Bu sahədə təcilli addımlar atılmalıdır ki, effektivliyi artsın və kənd təsərrüfatı müvafiq səviyyəyə qayıtsın. Çünki bunun nəticəsində Azərbaycanın özünü təmin etmə səviyyəsi aşağı düşür və bir sıra sahələr üzrə çətinliklər yaranır. Kiçik təsərrüfatların saxlanılması üçün vahid bir sistem yaradılsın ki, onlar biri ilə əlaqəli şəkildə inkişaf etsinlər. Uzun müddət heç bir seçim edilmirdi, dövlət sadəcə subsidiya siyasətini genişləndirdi və s. 2015-ci ildən sonra ciddi bir böhrandan sonra iki əsas istiqamət seçildi ki, bu istiqamət kiçik təsərrüfatlara aid edilməmişdir. Birincisi dövlətə məxsus olan torpaqların aqroholdinglərə icarəyə verilməsi, ikincisi aqroparkların yaradılması. Birinciyə əsasən dövlət torpağı sadəcə icarəyə verir.

İkincisi aqroparklardır ki, bunlar da özəl və dövlət olmaqla iki yerə ayırmaq olar. Dövlətin tam dəstəyi ilə özəl şirkətlər kənd təsərrüfatı inkişafını həyata keçirir. Aqroparkların əsas məqsədi ilə icarə verilmiş torpaqların əsas fərqi ondan ibarətdir ki, həmçinin aqropark sənaye mərkəzinə çevrilə bilər. Nəticə etibarilə Aqrar sənaye mərkənizə çevrilsə o zaman daha effektiv nəticələr əldə olunacaqdır. Satış, qablaşdırması, emalı eyni yerdən həyata keçiriləcəkdir. Ən əsası satışı da vahid bir yerdən idarə olunmasıdır. Biz görürük ki, aqroparklar iri aqrar şirkətlər dövlətdən dəstəyini almaq istəyirlər. Hətta iqtisadi zonaların inkişaf idarə heyətinin sədrin sözlərinə görə indiyə kimi 51 aqroparkın tikintisi həyata keçirilir, onlardan 44-ü fəaliyyət göstərir. 25-i 184 milyon manat həcmində güzəştli kredit alınıb. Həmçinin onlar bağların salınmasına görə dövlətdən birbaşa subsidiya alırlar və digər məbləğləri də nəzərə alsaq dəstək çoxşaxəli və çox genişdir. Məsələ ondan ibarətdir ki, bunun nəticəsində aqroparklar yaranması nəticəsində elə bil yeni bir insan növü yaradılır. Çünki bir sıra aqroholdinglər var ki, onların daxilində 3/4 dənə aqropark var. Hələ 3/4 dənə aqroparkdan əlavə bir neçə aqrar şirkət, emal zavodları və s. nəticə etibarilə maksimal yeni insan növü yaranır. Elə bazarlar var ki, biz orda demək olar ki, kiçik təsərrüfat məhsullarını müşahidə etmirik. Fikrimcə bu düzgün addım deyil. Hansısa şirkətlərin dəstəyinə ehtiyacı yoxdur. Daha çox kiçik təsərüfatlılara dəstək lazımdır. Məsələn hansısa kəndlərdə kiçik təsərrüfatlar olur ki, onlar inkişaf edə bilmirlər. Onlara güzəştli kreditlər, subsidiyaları avadanlıq və texnikalarla təmin olunmalıdırlar ki, nəticədə vahid bir təsərrüfatda birləşsinlər.

"Ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından da böyük əhəmiyyətə malik aqroparkların yaradılması rayonların iqtisadi imkanlarını artırmaqla yanaşı, yeni iş yerlərinin yaranmasına da səbəb olur". Bu sözləri İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib.

Onun sözlərinə görə, aqroparkların aqrar-sənaye klasterlərində birləşməsi əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının daha da yaxşılaşdırılmasına, yerli məhsulların rəqabət qabiliyyətliliyinin və ixracının artırılmasına, milli brendlərin və əlaqələndirilmiş vahid sistemin formalaşmasına, məhsul istehsalına çəkilən xərclərin, eləcə də maya dəyərinin aşağı düşməsinə və regionlarda məşğulluğun təmin edilməsinə şərait yaradacaq.

İndiyə qədər 25 aqroparka 184 milyon manat güzəştli kredit ayrılıb, 26 aqroparka isə investisiya təşviqi sənədi verilib ki, bunun nəticəsində sahibkarlar texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 39 milyon manat vəsaitə qənaət edib.

Havar Şəfiyeva