Neft cüzi bahalaşıb

18 Avqust 2022 10:00 (UTC+04:00)

Dünya bazarında neftin qiyməti müxtəlif səbəblərdən cüzi artıb.

SİA birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 0,13% ucuzlaşaraq 1 bareli 93,77 ABŞ dollarına satılıb. WTI neftinin sentyabr fyuçerslərinin qiyməti isə 0,1% aşağı düşərək 1 bareli 88,2 ABŞ dolları təşkil edib.

"Qara qızı"lın qiymətinə təsir edən amillərdən biri ötən həftə ABŞ-da ehtiyatların azalmasıdır. Belə ki, həftə ərzində ABŞ-da neftin kommersiya ehtiyatları 7,1 milyon barel azalaraq 425 milyon barelə düşüb.