Qəzada beş nəfər ölüb...

18 Avqust 2022 05:18 (UTC+04:00)

Primoryedə mikroavtobus və minik avtomobilinin iştirakı ilə baş verən dəhşətli qəzada 5 nəfər ölüb.

Sonradan ölənlərdən birinin uşaq olduğu məlum olub.

SİA REN TV-nin məlumatına istinadən xəbər verir ki, görə, qəza avqustun 17-də saat 21:00 radələrində Mixaylovski rayonunda, A-370 Ussuri magistralının Xabarovsk-Vladivostok yolunun 642-ci kilometrliyində baş verib.

Belə ki, 39 yaşlı qadın idarə etdiyi “Toyota Corolla Spaсio” markalı avtomobili qarşıdan gələn zolağa çıxarıb və “Toyota Hiace” markalı avtomobillə toqquşub. Qəza nəticəsində "Toyota Corolla"nın sürücüsü və sərnişinləri - 14 yaşlı qız, 43 yaşlı kişi və 63 yaşlı qadın yerindəcə keçiniblər.

“Toyota Hiace”nin 45 yaşlı sərnişini də dünyasını dəyişib. 65 yaşlı Toyota Hiace sürücüsü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan faktlar üzrə cinayət işi açılıb.

Qeyd edək ki, bundan əvvəl Tambov yaxınlığında baş verən qəzada bir nəfərin öldüyü, beş nəfərin yaralandığı bildirilirdi.

Ağasəf Babayev