Xarkovun atəşə tutulması nəticəsində ölən və yaralananlar var

18 Avqust 2022 01:08 (UTC+04:00)

Xarkov şəhərinin Saltovski rayonunun atəşə tutulması nəticəsində azı 6 nəfər həlak olub, 16 nəfər yaralanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Xarkov Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

O qeyd edib ki, Xarkovun yaşayış infrastrukturu yenidən atəşə tutulub və nəticədə genişmiqyaslı yanğın baş verib. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Partlayış nəticəsində həlak olan və yaralananların sayının artacağı gözlənilir.