“Qoz ağacı” filmi mükafata layiq görülüb

17 Avqust 2022 23:45 (UTC+04:00)

Sərdar Orçin, Sezin Akbaşoğulları, Kübra Kip, Mərt Yavuzcan, Şəbnəm Dilligil və Rıza Akının rol aldığı 14-cü Hamilton Nyu York Film Festivalının açılış filmi olaraq nümayiş olunub. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

ABŞ-dakı festivallardan 5-ci mükafatını alan film xaricdəki festivallardan ümumilikdə 18 mükafat qazanıb.

Mədəniyyət və Turizm Nazirliyi və Türkiyə Radio Televiziya Qurumunun (TRT) dəstəyi ilə çəkilən film Turin Underground Film Festivalı, Balkan Panorama Film Festivalı və 6-cı London Şəhər Mükafatları da daxil olmaqla bir çox festivalda mükafata layiq görülüb.

Filmin yaxın tarixdə İran və Almaniyada nümayişi planlaşdırılır.